...

“Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları” təsdiqləndi

Cəmiyyət Materials 31 Avqust 2023 11:20 (UTC +04:00)
“Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları” təsdiqləndi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Heyvan mənşəli qida məhsulları su keçirməyən, paslanmayan, asan yuyula və dezinfeksiya edilə bilən qablarda saxlanılmalı və daşınmalıdır. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir.

Agentlikdən Trend-ə bildiriblər ki, həmin sənədə əsasən, heyvan mənşəli qida məhsullarının saxlanması “mal qonşuluğu” və “ilk daxil olan ilk çıxar” prinsipinə əsasən, həyata keçirilməlidir.

“Mal qonşuluğu” prinsipinə əsasən, subməhsullar (qida məqsədilə istifadə olunan daxili orqanlar) digər heyvan mənşəli qida məhsullarından ayrılıqda ayrı soyuducu və dondurucularda saxlanılmalıdır. Həmin məhsullar yalnız qablaşdırılmış və bir-birindən təcrid olunmuş halda eyni soyuducu və dondurucularda saxlanıla bilər. Qablaşdırma həyata keçirilən otaqlarda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna uyğun olaraq, yoxlamadan keçmiş termometr olmalı, temperatur rejiminə daim nəzarət edilməli və bununla bağlı temperatur cədvəlində qeydlər aparılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti