...

Bakıdan göndərilən 40 ton un yüklü karvan 5 gündür Ağdam-Xankəndi yolunda gözləyir (FOTO)

Cəmiyyət Materials 2 Sentyabr 2023 08:21 (UTC +04:00)
Bakıdan göndərilən 40 ton un yüklü karvan 5 gündür Ağdam-Xankəndi yolunda gözləyir (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 5-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

Trend-in Qarabağ bürosu xəbər verir ki, içərisində 40 ton un olan iki TIR avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti