...

Bazar gününün hava PROQNOZU

Cəmiyyət Materials 2 Sentyabr 2023 12:31 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 27-32° olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 27-32°, dağlarda gecə 10-15°, gündüz 15-20° olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti