...

Bu universitetdə maliyyə nöqsanları aşkarlandı - RƏSMİ

Cəmiyyət Materials 6 Sentyabr 2023 12:30 (UTC +04:00)
Bu universitetdə maliyyə nöqsanları aşkarlandı - RƏSMİ

Bakı. Trend:

Hesablama Palatası tərəfindən Naxçıvan Dövlət Universitetində aparılan auditin nəticələrinə əsasən, təhsilin müxtəlif pillələrində ödənişli təhsil üzrə haqların uçota alınması, hesabatlılığın təmin edilməsi və bu haqların yığılması ilə bağlı əhəmiyyətli maliyyə pozuntularına səbəb olan nöqsanlara yol verilib, təhsil haqları üzrə borcların uçotunda ciddi təhriflər müəyyən olunub.

Bu barədə Trend-ə Hesablama Palatasından xəbər verilib.

Bildirilib ki, 1 yanvar 2023-cü il tarixinədək universitetdə təhsilini başa vurmuş və ya müxtəlif səbəblərdən təhsilini dayandırmış tələbələrlə bağlanmış müqavilələrin tələblərinə əməl edilməyərək təhsil aldığı müddətdə təhsil haqqı borcu alınmadan audit dövrünün sonuna debitor borc yaranaraq təhsil haqqı üzrə gəlirlər 11241,8 min manat, o cümlədən, əcnəbi tələbələr üzrə 6985,1 min manat az icra edilib.

Əcnəbi təhsilalanlar üzrə göstərilən borcun tərkibində bakalavr və magistratura təhsil səviyyələrində təhsil alan 1159 tələbə üzrə 6069,1 min manat təhsil haqqı borcu uzun müddət təhsil haqqı borcunu ödəməyən və bir neçə tədris ili universitetlə əlaqə saxlamadığı və qeydiyyatdan keçmədiyi, həmçinin, fərdi tədris planını imza etmədiyi halda xaric edilməyərək tələbə kontingentində saxlanılan tələbələri əhatə edib.

Təhsilin müxtəlif forma və səviyyələri üzrə təhsil haqlarının Nazirlər Kabinetinin təsdiq etdiyi həddən aşağı müəyyən olunması, eləcə də müqavilələrin təsbit edilmiş haqlar çərçivəsində bağlanılmaması, akademik borcların ləğv edilməsi üzrə məbləğlərin düzgün müəyyənləşdirilməməsi ümumilikdə gəlirlərin 761,6 min manat məbləğində az icra edilməsi ilə nəticələnib.

Təhsilalanlar üzrə hesabatlılığın təmin edilməsində yol verilmiş nöqsanlar dövlət sifarişi əsasında kadr hazırlığına ayrılmış 297,2 min manat məbləğində təhsil haqqı və təqaüd xərclərinin dövlət büdcəsinə qaytarılmaması ilə nəticələnib, eləcə də, aidiyyəti məlumat bazalarının müqayisə edilməməsi, həmçinin təqaüd yerlərinin düzgün müəyyənləşdirilməməsi 94 min manat artıq maliyyələşmə məbləğinin formalaşmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti