...

Təhsildə güzəşt vətənə xəyanət kimidir - Təhsil naziri

Cəmiyyət Materials 6 Sentyabr 2023 16:52 (UTC +04:00)
Təhsildə güzəşt vətənə xəyanət kimidir - Təhsil naziri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsildə güzəşt vətənə xəyanət kimidir.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı deyib.

Nazir qeyd edib ki, bağça müəllimlərin sertifikatlaşdırmasından əvvəl ilk öncə diaqnostik imtahanlar ola bilər.

“Bu mərhələli proses olacaq. Cəmiyyət olaraq başa düşməliyik ki, əgər adamın ixtisası məktəbəqədər təhsil deyilsə, bu sahədə işləməsi heç də yaxşı nəticə verməyəcək. Bağça müəllimlərinə sertifikatlaşdırma imtahanında güzəşt edilməyəcək. Müəllimlərdən də tək tələbimiz uşaqların düzgün öyrədilməsidir. Bundan artıq heç bir istəyimiz yoxdur”,- deyə nazir əlavə edib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti