...

Ümidlərim reallığa çevrildi - Füzuli sakini

Cəmiyyət Materials 7 Sentyabr 2023 07:24 (UTC +04:00)
Ümidlərim reallığa çevrildi - Füzuli sakini
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Otuz ildən sonra öz torpağımıza qayıtmaq məni çox sevindirir.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Xəlilova Sevda deyib.

O bildirib ki, sevincindən səhərə qədər yatmayıb.

“Mən Füzulidən çıxanda 32 yaşım var idi. Keçən 30 il çox çətinliklər gördüm. Lakin öz doğma torpağıma qayıtmağıma ümidim var idi. O ümidlər reallığa çevrildi. Bu anları mənə yaşatdığına görə ordumuza minnətdaram”, - deyə o qeyd edib.

Qeyd edək ki, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı çərçivəsində bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 102 nəfər köçürülüb. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti