...

Bu dövlətlərin Azərbaycandakı səfirliklərinə rəsmi müraciətlər ünvanlandı

Cəmiyyət Materials 12 Sentyabr 2023 11:36 (UTC +04:00)
Bu dövlətlərin Azərbaycandakı səfirliklərinə rəsmi müraciətlər ünvanlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Problemlərin həlli üçün addımlar atılıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir illik fəaliyyətinə həsr edilmiş tədbirdə çıxış edən ATAA-nın Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov deyib.

“Nəzərinizə çatdırım ki, bəzi ölkələrlə viza məsələlərində olan çətinliklərin aradan qaldırılması istiqamətində bu dövlətlərin Azərbaycandakı səfirliklərinə rəsmi müraciətlər ünvanlanıb, ATAA tərəfindən vizaların alınması mexanizminin sadələşdirilməsi üçün həmin səfirliklərin nümayəndələri ilə görüşlər təşkil edilib.

Qeyd edilən narazılıqların, problemlərin olmasına baxmayaraq, inanırıq ki, qarşıya çıxan çətinlikləri bundan sonra da birgə səylərimizlə aradan qaldıra biləcək yeni-yeni uğurlara imza atacağıq”, - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti