...

Gəncə sakini Zaqatalada 5 kiloqram marixuana ilə tutuldu (FOTO/VİDEO)

Cəmiyyət Materials 12 Sentyabr 2023 13:58 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Zaqatalada narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, Zaqatala Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində külli miqdarda narkotik vasitə daşıyan Gəncə şəhər sakini Vidadi Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni Gəncə şəhərindən Zaqatalaya satmaq məqsədilə gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti