...

Hamilələr bu xəstəliklərlə bağlı genetik testdən keçəcək

Cəmiyyət Materials 15 Sentyabr 2023 10:46 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hamilə qadınlarda ixtioz və bullyoz epidermoliz xəstəliyinin qarşısının alınması üçün yeni testlər və reaktivlər alınacaq.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamında əksini tapıb.

Sərəncamda qeyd edilib ki, ixtioz və bullyoz epidermoliz xəstəliyinin qarşısının alınması üçün risk qrupuna daxil olan hamilə qadınların genetik müayinəsi üzrə layihələrin həyata keçirilməsi vacibdir.

Hamilə qadınların genetik müayinəsi üçün testə olan tələbat öyrənilməklə yeni testlər və reaktivlər alınacaq. Eyni zamanda, onların müayinəsinə dair beynəlxalq təcrübə nəzərə alınmaqla kliniki protokol hazırlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti