...

Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların ADLARI

Cəmiyyət Materials 15 Sentyabr 2023 11:35 (UTC +04:00)
Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların ADLARI
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmazda Qudyalçay çayı üzərində yerləşən körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, yaralananlar hadisə baş verən vaxt körpünün üzərində hərəkət edən avtomobildə olan şəxslərdir.

Avtomobilin çay dərəsinə düşməsi nəticəsində 1966-cı il təvəllüdlü Heybətov Əlisafa Abbas oğlu, 1984-cü il təvəllüdlü Qarayev Əfsun Əsgər oğlu və 1999-cu il təvəllüdlü Səfərəliyev Elvin Tofiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü uçub. Nəticədə Xaçmaz-Xudat yolu bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti