...

Azərbaycanda energetika sahəsində dövlət siyasətinin əsas prinsipləri müəyyən edilir

Cəmiyyət Materials 18 Sentyabr 2023 12:03 (UTC +04:00)
Azərbaycanda energetika sahəsində dövlət siyasətinin əsas prinsipləri müəyyən edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda energetika sahəsində dövlət siyasətinin əsas prinsipləri müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Energetika haqqında” yeni qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.

Qanun layihəsinə əsasən, energetika sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

- energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması;

- energetika sahəsində ayrı-seçkiliyin yolverilməzliyi;

- energetika sahəsində fəaliyyətin və tənzimlənmənin şəffaflığı;

- bu qanunla müəyyən edilmiş hallarda energetika sahəsində fəaliyyət növlərinin ayrılması;

- enerji istehlakçılarının hüquqlarının müdafiəsi;

- energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi.

Qeyd edək ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti