...

İranda zəlzələ olub - Naxçıvanda da hiss edilib

Cəmiyyət Materials 21 Sentyabr 2023 18:58 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib.

Bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ordubad stansiyasından 68 km cənub-qərbdə, İranda zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-da 3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 4,5, dərinliyi 4 km olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti