...

Pedaqoji Universitetin məzunu Dövlət Proqramının qaliblərindəndir (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2023 20:48 (UTC +04:00)
Pedaqoji Universitetin məzunu Dövlət Proqramının qaliblərindəndir (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “kimya müəllimliyi” ixtisasının məzunu Məmmədzadə Nuray Yolçu qızı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qaliblərindən biri kimi magistratura təhsilini Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının aparıcı tədqiqat universitetlərindən olan Lester Universitetində “kimya” ixtisası üzrə təhsilini davam etdirəcək.

Qeyd edək ki, Nuray ümumilikdə Almaniya, İsveç və İtaliyada yerləşən Avropanın 9 nüfuzlu universitetindən qəbul alıb.

Məlumat üçün bildirək ki, Nuray Məmmədzadə Yevlax şəhərində anadan olub. 2019-2023-cü illərdə ADPU-da bakalavr təhsili alıb. Tələbəlik dövründə Pedaqoji Universitetdə keçirilən IELTS imtahanlarında uğur qazanıb. Pedaqoji təcrübəsini Azərbaycan Britaniya Kollecində keçən Nuray burada ingilis dilində kimya fənnini tədris edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti