...

Yanacaqla dolu daha 2 avtomobil Xankəndiyə yola salındı (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2023 16:38 (UTC +04:00)
Yanacaqla dolu daha 2 avtomobil Xankəndiyə yola salındı (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Azərbaycan mərkəzi hakimiyyəti Xankəndiyə növbəti dəfə humanitar yardım göndərib.

Trend xəbər verir ki, yanacaqla dolu 2 avtomobil Xankəndiyə yol düşüb.

Avtomobillər Xankəndi istiqamətinə hərəkət edir.

Qeyd edək ki, bu gün günorta saatlarında yanacaqla dolu daha 2 avtomobil Xankəndiyə yol düşüb. 34 ton dizel 30 ton benzin olmaqla 2 yanacaq avtomobili Ağdam-Xankəndi yolu ilə Xankəndi istiqamətinə hərəkət edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb. İşçi qrup Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının çərçivəsində fəaliyyət göstərir. Onu da əlavə edək ki, ilk belə yanacaqla dolu 2 avtomobil Xankəndiyə sentyabrın 23-də göndərilib.

Xəbər lenti

Xəbər lenti