...

Otuz il əvvəl Füzulidə itkin düşən hərbçinin nəşi Salyana gətirilib - Dəfn edilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 28 Sentyabr 2023 13:17 (UTC +04:00)
Otuz il əvvəl Füzulidə itkin düşən hərbçinin nəşi Salyana gətirilib - Dəfn edilib (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə Edilli kəndində aşkarlanan Atamoğlanov Əbülfət Sabir oğlunun nəşi Salyan rayonunun Kürsəngi kəndinə gətirilib.

Trend xəbər verir ki, bu gün orada şəhidlə vida mərasimi keçirilib. Mərhum doğulduğu Kürsəngidə də torpağa tapşırılıb.

Qeyd edək ki, Atamoğlanov Əbülfət Sabir oğlu 4.07.1967-ci ildə Salyan rayonunun Kürsəngi kəndinə anadan olub. 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin Atamoğlanov Əbülfətə məxsus olduğu təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti