...

Yollarda tıxaclar azalıb? – DYP-dən AÇIQLAMA

Cəmiyyət Materials 28 Sentyabr 2023 16:57 (UTC +04:00)
Yollarda tıxaclar azalıb? – DYP-dən AÇIQLAMA
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən illərlə müqayisədə aparılan təbliğat işləri öz nəticələrini verir. Eyni zamanda tətbiq olunan inzibati protokollar öz təsirini göstərir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O qeyd edib ki, amma bütün bunlarla yanaşı qayda pozuntusuna yol verməmək lazımdır.

“Hər bir hərəkət iştirakçısı, sürücü, piyada, sərnişin özü üçün nəzərdə tutulan təhlükəsizlik qaydalarına, yol hərəkəti qaydalarına düzgün şəkildə riayət etməklə ümumi prosesə müsbət mənada töhfəsini vermiş olur.

Bu düzgün vərdişlər kimi cəmiyyətdə formalaşır. Beləliklə də qayda pozuntuları azalmaqla yanaşı, ictimai təhlükəsizliyin, yollarda hərəkətin təhlükəsizliyi üçün həyata keçirdiyimiz işə ümumi töhfəsini vermiş olur”, - deyə A.Əsgərli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti