Bakı. Trend:
Bir neçə gün əvvəl Astara rayonu Şəkarən kəndinə aparan yolda sürüşmə hadisəsi baş vermişdi.
Yolun bərpası hazırda nə yerdədir?
Məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov Trend-ə bildirib ki, baş vermiş hadisə ilə bağlı Su Ehtiyatları Agentliyinə müraciət edilib.
"Həmin yolda yaxın zamanda təmirə başlanacaq. Ancaq ərazidə məsul qurumlar tərəfindən hələ də işlər davam etdirilir ki, yağıntılı hava şəraitində yenidən ziyan vurmasın. Sözügedən kənddə əhalinin köçürülməsinə ehtiyac yoxdur. Hazırda sakinlər öz evlərində yaşayır".
A.Mahmudov qeyd edib ki, hazırda rayon ərazisində olan sürüşmə zonalarında vəziyyət stabildir.
Qeyd edək ki, sentyabrınn 25-də güclü yağışlar nəticəsində Astara rayonu Şəkarən kəndinə aparan yolda sürüşmə hadisəsi baş verib. Yolun bərpası üçün Lənkəran şəhərindən texnikalar cəlb olunub. Sözügedən kənddə 6 ailə yaşayır.