...

Nömrəsiz maşın sürənlər cəzalandırıldı (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2023 20:02 (UTC +04:00)
Nömrəsiz maşın sürənlər cəzalandırıldı (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Nömrəsiz avtomobil idarə edən və qaydaları pozan sürücülər barəsində tədbir görülüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri keçirilib.

Tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntuları törədən sürücülər aşkar edilib.

Onlara qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti