...

Suqovuşan İstirahət Parkı üçün ayrılan vəsait AÇIQLANDI - RƏSMİ

Cəmiyyət Materials 16 Oktyabr 2023 13:55 (UTC +04:00)
Suqovuşan İstirahət Parkı üçün ayrılan vəsait AÇIQLANDI - RƏSMİ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Suqovuşan.Trend:

Suqovuşan İstirahət Parkı üçün ilkin olaraq 4 milyon manata yaxın vəsait ayrılıb.

Trend xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.

O qeyd edib ki, bunun içərisinə layihələndirmə işləri də daxildir.

"İkinci mərhələ üçün layihə-smeta sənədlərinin hazırlanması da bu işlər çərçivəsində həyata keçirilir".

Qeyd edək ki, oktyabrın 16-da Dövlət Turizm Agentliyi ölkənin 40-a yaxın kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni salınmış istirahət parkına mediatur təşkil edib.

Xəbər lenti

Xəbər lenti