...

Özbaşına antibiotik istifadəsinin yan təsirləri ola bilər

Cəmiyyət Materials 18 Oktyabr 2023 15:38 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bir çoxları soyuqdəymə şikayətləri olan kimi, dərhal reseptsiz dərmanlara müraciət edirlər. Amma bunlar həmişə tamamilə təhlükəsiz deyil.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin rəsmi instaqram səhifəsində izləyici suallarını cavablandırarkən qeyd edib.

Mütəxəssis-ekspert bildirib ki, qrip kimi viral, həmçinin bakterial infeksiyalarda da özbaşına antibiotik istifadə olunması yəqin ki, hərkəsə məlumdur.

“Belə olan hallarda orqanizmin antibiotiklərə davamlılığı yaranır, hətta daha təhlükəli yan təsirlərə səbəb ola bilər. Adi boğaz ağrısında istifadə olunan pastillərin boğaz ağrısına qarşı təsirinin olub-olmaması belə mübahisəlidir. Onlar hətta selikli qişanın bakterial florasını məhv edə bilərlər. Burun axıntısında istifadə olunan burun spreylərinin 1 həftədən artıq istifadəsi, burun selikli qişasını quruda bilər. Bunun əvəzinə duzlu su ilə sprey, çobanyastığı ilə buxar hamamı daha etibarlıdır və daha yaxşı nəfəs almağa kömək edə bilər”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti