...

Doğmalarımızla birlikdə Laçına qayıtmaqdan başqa böyük sevinc ola bilməz – Laçın sakini

Cəmiyyət Materials 30 Oktyabr 2023 08:13 (UTC +04:00)
Doğmalarımızla birlikdə Laçına qayıtmaqdan başqa böyük sevinc ola bilməz – Laçın sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Doğmalarımızla birlikdə Laçına qayıtmaqdan başqa böyük sevinc ola bilməz.

Bunu Trend-ə açıqlamasında Laçın sakini Əminə Süleymanova deyib.

Onun sözlərinə görə, o, Laçını 40 yaşında tərk edib və indi 71 yaşında doğma diyara geri dönür. Laçını tərk edərkən çox ağrı-acılı olub.

“51 nəfər üstüaçıq maşında Laçını tərk etdik. Laçını həyat yoldaşım və qardaşlarım ilə tərk etmişəm. Artıq onlar dünyalarını dəyişiblər. İndi onlarsız, həm kədərli, həm də sevinə-sevinə öz övladlarımla geri qayıdıram”, - deyə o qeyd edib.

Qeyd edək ki, 30 oktyabrda 20 ailənin (70 nəfər) Laçına köçürülməsi ilə Laçın şəhərində 315 ailənin (1205 nəfər) daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti