...

Yaşa görə pensiyanın orta məbləği 516 manatı keçəcək - Nazir artımdan danışdı

Cəmiyyət Materials 4 Noyabr 2023 14:39 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda gələn il yaşa görə pensiyanın orta məbləği 516 manatı keçəcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əhaliyə edilən sosial ödənişlərə cari ilin icmal büdcəsində 10 %-lik artım olub.

“900 milyon manatdan artıq vəsait məhz bu istiqamətə yönəlib. Bunun da böyük hissəsi pensiya təminatı və digər sosial dəstək proqramlarına yönəldilir”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti