...

ADPU-da “Vətən mənim səsimdir” adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2023 13:35 (UTC +04:00)
ADPU-da “Vətən mənim səsimdir” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə Universitetin Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş “Vətən mənim səsimdir" adlı tədbir keçirilib.

Universitetdən Trend-ə bildirilib ki, tədbirdə şəhid ailələri, qazilər, fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfəri şərtləndirən amillərdən söz açaraq tədbirin gedişinə uğurlar arzu edib. Ardınca Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müəllimi, layihə rəhbəri, t.ü.f.d. Sevil Bəhramova tədbir haqqında iştirakçıları məlumatlandırıb. Fakültənin V tədris ilinin tələbəsi Anar Qarayev isə təqdimat nümayiş etdirib.

Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının professoru Mübariz Əmirov, fakültənin dekan müavini Paşa Quluzadə, Kimya və biologiya fakültəsinin baş müəllimi Rumiyə Camalova və Tariximizə Sahib Çıxaq İB-nin sədri, “Zəfərə gedən yol” kitabının müəllifi Araz Şamil çıxış edərək tədbirlə bağlı öz təəssüratlarını bölüşüblər.

Tədbirin gedişində tələbələrin təşəbbüsləri ilə ərsəyə gətirilən videoçarxlar, 44 günlük Vətən müharibəsi ilə əlaqədar yerli və xarici mediada yayımlanan xəbərlərin gənc tələbələrin dilindən səsləndirilməsini özündə əks etdirən görüntülər nümayiş etdirilib, xor musiqiləri, şeirlər və istiqlal şairi Əhməd Cavadın sözlərinə yazılmış “Çırpınırdı Qara dəniz” mahnısı səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti