...

Azərbaycanda ilk dəfə Pedaqoji Universitetdə Gənc Məzunlar Assosiasiyası təsis edilib (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2023 20:17 (UTC +04:00)
Azərbaycanda ilk dəfə Pedaqoji Universitetdə Gənc Məzunlar Assosiasiyası təsis edilib (FOTO)

Bakı. Trend:

Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Məzunlar Assosiasiyasının (ADPU GMA) təsis konfransı keçirilib.

ADPU-dan Trend-ə bildirilib ki, konfrans iştirakçıları əvvəlcə universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin abidəsini və Pedaqoji Universitetin şəhid tələbə və məzunlarının xatirələrinin anıldığı “Zəfər guşəsi”ni ziyarət ediblər.

Tədbirdə rektor, professor Cəfər Cəfərov qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq, ADPU-nun bir qrup fəal məzunundan ibarət təşəbbüs qrupu tərəfindən yaradılması təklif edilən və Pedaqoji Universitetin dəstək verdiyi Gənc Məzunlar Assosiasiyası məzunlarımızın şəbəkələşmiş fəaliyyətini təşkil etməyə, eləcə də, universitetin məzunlarla sistematik əlaqələrinin inkişafına, qarşılıqlı faydalı layihələrin icrasına zəmin yaradacaq, həm məzunların, həm də universitetin fəaliyyətinə əlavə ictimai dəstək mexanizmi formalaşdıracaqdır.

Çıxış edənlərdən prorektorlar Fikrət Rzayev, Könül Pirverdiyeva, AGMA-nın sədri Rüfət Əsədzadə də öz növbələrində dünya praktikasında mövcud olan bu təcrübənin ölkəmizdə ilk dəfə Azərbaycanın ən köklü ali təhsil ocaqlarından biri olan Pedaqoji Universitetdə tətbiq olunmasının əhəmiyyətini xüsusi vurğulayaraq Assosiasiyasının işinə uğurlar arzulayıblar.

Daha sonra təşəbbüs qrupunun rəhbəri və Assosiasiyanın İdarə Heyətinin sədri Eltac Cəbiyev təşkilatın əsasnaməsini və idarə heyətinə təklif olunan üzvlərin siyahısını iştirakçıların diqqətinə çatdırıb.

Konfrans nümayəndələri Assosiasiyanın təsisi və idarə heyətinin üzvlərinin təsdiq olunması, eləcə də, təşkilatın əsasnaməsinin ADPU-nun Elmi Şurasında təsdiq olunmaq üçün tövsiyə edilməsi haqqında yekdil qərar qəbul ediblər.

Daha sonra çıxış edən məzunlar da öz təəssüratlarını bölüşüb, Assosiasiyanın təhsil sahəsində faydalı ictimai təşəbbüs kimi müsbət nümunə olacağına əminliklərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti