...

ADPU-nun Quba filialında Dövlət Bayrağı Günü ilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2023 23:46 (UTC +04:00)
ADPU-nun Quba filialında Dövlət Bayrağı Günü ilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” mövzusunda tədbir keçirilib.

ADPU-dan Trend-ə verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş videoçarx izlənilib.

Filialın II tədris ilinin tələbəsi Tutu Bağırovanın moderatorluğu ilə davam edən tədbirdə direktor köməkçisi, Humanitar və sosial elmlər fakültəsinin dekanı Mürvət Əliyev, Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva və Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev geniş məruzələrlə çıxış ediblər.

Daha sonra II tədris ilinin tələbəsi Nəzrin Hacıyevanın bədii rəhbərliyi ilə tələbələr tərəfindən hazırlanan şeir, çıxış və musiqi nömrələri səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti