...

ADPU-nun Quba filialında şəhid ailələri və qazilərlə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Noyabr 2023 22:30 (UTC +04:00)
ADPU-nun Quba filialında şəhid ailələri və qazilərlə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının və Şahdağ Milli Parkının birgə təşkilatçılığı ilə filialın Heydər Əliyev Mərkəzində şəhid ailələri və qazilərlə görüş keçirilib.

ADPU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə filialın struktur rəhbərləri, Şahdağ Milli Parkının müdir müavini Rəvayət Nəzərov, elmi işçisi Şahbala Salmanov, şəhid Yaşar Xudayevin atası Əli Xudayev, şəhid İxtiyar Bayramovun atası Bayram Bayramov, qazilər İsmət Əhmədov, Məhəmməd Əzizov, Mayıl Zahirov və tələbələr iştirak edib.

Çıxış edən şəhid ailələri və qonaqlar filialda Vətən müharibəsi şəhidlərinin xatirəsinin yaşadılması istiqamətində görülən işlərin mənəvi dəstək olduğunu qeyd edərək belə təşəbbüskarlığa və vətənpərvərliyə görə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, açılan yol, göstərilən nümunə burada yetişdirilən gələcəyin müəllimlərinin yollarına işıq saçan bir məşəldir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti