...

Torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirəm – Laçın sakini

Cəmiyyət Materials 14 Noyabr 2023 08:30 (UTC +04:00)
Torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirəm – Laçın sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Torpaqlarımızın uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirəm.

Bunu Trend-ə açıqlamasında Laçın sakini Sahibə Əliyeva deyib.

Onun sözlərinə görə, Laçında uzun müddət müəllim işləyib və hazırda təqaüddədir.

“Allah Prezidentimizə, qazilərimizə can-sağlığı versin. Bu günə çox şükürlər olsun. Sevincimizin həddi-hüdudu yoxdur. Artıq öz yurduma, doğma-diyarıma dincəlməyə, yaşamağa gedirəm”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün də daxil olmaqla Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti