...

Doğma yurdum Zabuxa sevinə-sevinə qayıdıram - Zabux sakini

Cəmiyyət Materials 16 Noyabr 2023 07:52 (UTC +04:00)
Doğma yurdum Zabuxa sevinə-sevinə qayıdıram - Zabux sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Sevinə-sevinə doğma diyara - Zabuxa qayıdırıq.

Bunu Trend-ə açıqlamasında Laçın rayonu Zabux kənd sakini Behbudov Sovet deyib.

Onun sözlərinə görə, Zabux kəndini 40 yaşında acı xatirələrlə tərk edib.

"İndi sevinərək, həyəcanla qayıdıb Zabuxu görəcəyik. Ali Baş Komandanımıza təşəkkür edirik ki, bizim yenidən öz yurdumuza qayıtmağımıza şərait yaradıb", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Laçın rayonu Zabux kəndinə dah 25 ailə (94 nəfər) yola salınıb. Bakı və Abşeron rayonundan 20 ailə (71 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən, Tərtər, Bərdə, Qax və Lənkəran rayonlarında məskunlaşmış 5 ailə (23 nəfər) Zabux rayonuna yola salınıb. Beləliklə bugünkü (16.11.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 46 ailə (188 nəfər) köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti