...

Balakəndə ev yandı

Cəmiyyət Materials 17 Noyabr 2023 09:21 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Balakəndə ev yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Balakən rayonunun Qabaqçöl qəsəbəsində ümumi sahəsi 210 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin dam örtüyünün taxta atmaları 40 m² sahədə, 1 otağın və mətbəxin taxtadan ibarət tavanı 37 m² sahədə yanıb.

Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 3 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti