...

Bakıda yanğın səbəbindən yolda tətbiq olunan məhdudiyyət aradan qaldırıldı (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 23 Noyabr 2023 09:05 (UTC +04:00)
Bakıda yanğın səbəbindən yolda tətbiq olunan məhdudiyyət aradan qaldırıldı (FOTO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Binəqədi rayonu Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətinə yolda tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Trend-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

xxx

08:11

Bakının Binəqədi rayonu Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətinə avtomobil yolunda məhdudiyyət tətbiq olunub.

Bu barədə Trend-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

NİİM sürücülərdən yoldakı məhdudiyyəti nəzərə almalarını xahiş edir.

Qeyd edək ki, noyabrın 23-də saat 05:45 radələrində Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın başlayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Hadisə yerinə həmçinin iki təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində bir şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti