...

Ağdaşda qanunsuz ağac kəsən şəxs müəyyən edilib

Cəmiyyət Materials 25 Noyabr 2023 22:36 (UTC +04:00)

Bakı. Trend:

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Ağzıbir kəndindəki meşə massivində üç ağacın kəsilməsi barədə şöbəyə məlumat daxil olub. Keçirilmiş tədbirlərlə həmin şəxs müəyyən olunub və onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Xəbər lenti

Xəbər lenti