Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakının Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazidə icra etdiyi layihəyə əsasən bu yolayrıcından avtobusların Ziya Bünyadov və Atatürk prospektləri istiqamətində hərəkətinə icazə verilib.
Trend bu barədə AYNA-ya istinadən xəbər verir.
Məlumata görə, dəyişikliklər nəticəsində yuxarıda qeyd edilən marşrutlar üzrə hərəkət edən avtobusların yürüş məsafəsi 1,3 km qısalıb. Bu da onların hərəkətdə olma müddətini azı 5-7 dəqiqə azaldacaq.
"Gündəlik bu marşrutlardan istifadə edən 50 minə yaxın sərnişin hərəkətin yenidən təşkilində müsbət dəyişiklikləri hiss edəcək və yola sərf olunan vaxta qənaət edə biləcək", - deyə məlumatda qeyd olunub.