...

Hesabatlarımız narazılıqla qarşılansa da, bunlar dilimizin təmizliyinin qorunması üçündür - Sevinc Əliyeva

Cəmiyyət Materials 4 Dekabr 2023 11:24 (UTC +04:00)
Hesabatlarımız narazılıqla qarşılansa da, bunlar dilimizin təmizliyinin qorunması üçündür - Sevinc Əliyeva
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Saytların dil vəziyyətinin qənaətbəxş olduğunu hesab etmirəm, çalışmalıyıq ki, ana dilinin qorunması qaydasına əməl edək.

Trend xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva “Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbirində deyib.

Onun sözlərinə görə, bu, Monitorinq Mərkəzinin sayca yeddinci hesabatdır:

"Hesab edirəm ki, burada məsuliyyət birbaşa olaraq sayt rəhbərlərinin üzərinə düşür. Saytların rəhbərləri əməkdaşlarını düzgün seçməlidirlər. Azərbaycan dilində yazı qabiliyyəti olmayan jurnalistlərlə işləməməlidirlər.

Azərbaycan dilinin normalarına əməl etmək hər kəsin, o cümlədən, hər bir jurnalistin borcu və məsuliyyətidir. Bəzən hesabatlarımız narazılıqla qarşılansa da, bütün bunlar dilimizin təmizliyinin qorunması üçündür. 456 səhifəlik hesabatın səhifə sayı ildən-ilə azalması arzumuzdur”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti