...

DYP sürücülərə müraciət etdi

Cəmiyyət Materials 7 Dekabr 2023 10:36 (UTC +04:00)
DYP sürücülərə müraciət etdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə əlaqədar paytaxt ərazisində, eləcə də, ölkənin avtomobil yollarında duman müşahidə edildiyini bildirərək, sürücüləri daha məsuliyyətli olmağa çağırıb.

Trend xəbər verir ki, məlumatda dumanlı hava səbəbindən yollarda yaranan məhdudiyyətli görünmə nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülərin belə havalarda daha diqqətli olması, sürət həddini hava şəraitinə uyğun seçməsi, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olması, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməsi qeyd edilib.

Bildirilib ki, piyadalar da dumanlı hava şəraitində​ sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha məsuliyyətli olmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti