...

ADPU-nun rektoru “Heydər Əliyev adına təqaüd”ə layiq görülən tələbələrlə görüşüb (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2023 11:59 (UTC +04:00)
ADPU-nun rektoru “Heydər Əliyev adına təqaüd”ə layiq görülən tələbələrlə görüşüb (FOTO)

Bakı. Trend:

Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov “Heydər Əliyev adına təqaüd”ə layiq görülən tələbələrlə görüşüb.

Görüşdə, həmçinin tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli iştirak edib.

Qeyd edək ki, Pedaqoji Universitetin 3 tələbəsi - Riyaziyyat fakültəsinin II kurs tələbəsi Tağızadə Zümrüd Cəbrayıl qızı, SABAH qruplarının IV kurs tələbəsi Məmmədova Nuray Məhər qızı və İbtidai təhsil fakültəsinin IV kurs tələbəsi Rzazadə Ləman Mehti qızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2023-cü il tarixli 3940 nömrəli Sərəncamı ilə təsis edilmiş "Heydər Əliyev adına təqaüd"ə layiq görülüblər. İlk dəfə təqdim edilən və 3000 AZN dəyərindəki bu təqaüd ölkə üzrə bakalavriat səviyyəsində təhsil alan və ən yüksək təhsil göstəriciləri olan 100 nəfər tələbəyə birdəfəlik qaydada verilib.

Rektor C.Cəfərov vurğulayıb ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunan bu mötəbər mükafata layiq görülmələri Universitetin və onların həyatında əlamətdar hadisədir. Eyni zamanda, bu yüksək mükafat tələbələri yeni-yeni nailiyyətlər əldə etməyə, ixtisaslarının dərinliklərini və innovativ yanaşmaları mənimsəmək və tətbiq etmək yolunda durmadan çalışmağa sövq edən motivasiya mənbəyidir.

Bildirilib ki, elmin və təhsilin inkişafı, gənclərin hər bir sahədə dəstəklənməsi bu gün cənab Prezident İlham Əliyev tərəfindən icra olunan dayanıqlı inkişaf siyasətinin əsas xətlərindəndir.

Təqaüdə layiq görülən tələbələr öz təəssüratlarını bölüşərək onların əməyinə verilən bu ali dəyərə görə Ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək, elm və təhsilimizin inkişafına töhfə vermək üçün əzmlə çalışacaqlarını, onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti