...

Tibbi tullantılarla bağlı elektron məlumat bazası yaradılır

Cəmiyyət Materials 21 Dekabr 2023 13:01 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tibb müəssisələrinin tibbi tullantılarla bağlı uçotun yaxşılaşdırılması və elektronlaşdırılması istiqamətində işlərə başlanılıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsi tərəfindən keçirilən “Tibbi tullantıların idarə olunması” mövzusunda ictimai dinləmədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri Faiq Mütəllimov deyib.

O qeyd edib ki, tibb müəssisələrinin tullantıları ilə bağlı elektron məlumat bazası hazırlanır və bu məlumat bazaları inteqrasiya olunacaq.

"Maarifləndirmə tədbirləri çərçivəsində ilkin mərhələdə 3000-ə yaxın tibb müəssisəsinə məlumat xarakterli posterlər yerləşdiriləcək”.

Onun sözlərinə görə, əvvəlki illərə nisbətən tullantıların idarəolunmasında müəyyən irəliləyişlərə nail olunsa da, Bakı və regionlarda uçot və hesabatlılıq aparılmır, problemlətr hələ də qalır.

Şöbə müdirinin sözlərinə görə, tibbi tullantıların müəssisə daxilində zərərsizləşdirilməsi ilə bağlı xüsusi otaqlar ayrılsa da müəyyən tələblərə uyğun həyata keçirilmir.

“Hətta bəzən tullantılar açıq şəkildə saxlanılır, yaxud xüsusi torbalar olsa da, bəzən çeşidlənmədə problem olur. Həmçinin tullantıların yaranma həcmində 2-3 dəfə artım qeydə alınıb. Təəssüf ki, regionlarda hələ də tibbi tullantılar məişət tullantıları ilə birlikdə basdırılır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti