...

Mağazadan 4 880 manat dəyərində ət oğurlanıb

Cəmiyyət Materials 23 Dekabr 2023 13:39 (UTC +04:00)
Mağazadan 4 880 manat dəyərində ət oğurlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 20-də Qaraçuxur qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 4880 manat dəyərində ət oğurlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən xəbərə görə, bu barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Canlarov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti