...

Tələbələrin səsverməsi ilə bağlı fərqli addımlar atılmalıdır - MSK sədri

Cəmiyyət Materials 23 Dekabr 2023 16:43 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi ilə əlaqə qurmalı və tələbələrin səsverməsi ilə bağlı addım atmalıyıq.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, bu dəfə seçkilərdə tələbələrin səsverməsi ilə bağlı fərqli addım atmalıyıq.

“Fevralın 7-də tələbələr tətildə olacaq. Tələbələr müxtəlif yerlərə gedə bilərlər. Ona görə də tələbələrin seçkilərdə iştirakını təşkil etməliyik. Tələbələr ya valideynlərinin yanına gedib səs verməli, ya da oxuduğu universitetlərdə səs verməlidirlər.

Bakıda yaşayan tələbələrin vəziyyəti məlumdur, ancaq regionlarda yaşayan tələbələr yəqin ki, valideynlərinin yanəna gedəcək. Ona görə də onların hamısın qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin etməliyik ki, onlar harada olurlarsa olsunlar səs verə bilsinlər”, - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti