...

Gömrükçülər tütün məmulatları və pirotexniki vasitələr AŞKARLADI

Cəmiyyət Materials 23 Dekabr 2023 17:51 (UTC +04:00)
Gömrükçülər tütün məmulatları və pirotexniki vasitələr AŞKARLADI
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və Şirvan gömrük postunun əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində tütün məmulatları və pirotexniki vasitələrin realizə edilməsinin qarşısı alınıb.

Trend bu barədə Komitəyə istinadən xəbər verir.

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında Kürdəmir şəhərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin idarə etdiyi nəqliyyat vasitəsinin yük yerindən satış məqsədilə saxladığı və aksiz markası ilə markalanmayan, ümumilikdə 35 750 qutu tütün məmulatları aşkar olunub.

Bundan başqa Kürdəmir rayonu ərazisində yerləşən və həmin şəxsin istifadəsində olan ticarət obyektindən isə 28 adda 2665 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti