...

Bərdə sakinlərindən külli miqdarda pirotexniki vasitələr götürüldü

Cəmiyyət Materials 30 Dekabr 2023 13:33 (UTC +04:00)
Bərdə sakinlərindən külli miqdarda pirotexniki vasitələr götürüldü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bərdə rayonunda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində piroxtexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib. Həmin ṣəxslərdən aşkarlanan külli miqdarda pirotexniki vasitələr götürülüb.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti