...

Medianın seçkilərdə rolu çox spesifik xarakter daşıyır - Fuad Cavadov

Cəmiyyət Materials 11 Yanvar 2024 11:42 (UTC +04:00)
Medianın seçkilərdə rolu çox spesifik xarakter daşıyır - Fuad Cavadov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Medianın seçkilərdə rolu çox spesifik xarakter daşıyır.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komisiyasının üzvü Fuad Cavadov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, medianın seçki prosesində iştirakı seçkilər elan olunduqdan sonra başlayır.

“Media bu və ya digər şəkildə seçkilərin təşviqatında iştirak edir. Seçkilər zamanı mediada gedən informasiyalar birbaşa seçki fəallığına təsir edən faktorlardan biridir”, - deyə o bildirib.

F.Cavadov əlavə edib ki, 18 yaşına çatmamış vətəndaşlar təşviqatla məşğul ola bilməzlər.

Xəbər lenti

Xəbər lenti