Bakı. Trend:
Xankəndi Şəhər Polis Şöbəsinə polis rəisi təyin edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Vurğulanıb ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovniki Zaur Nəsirov Xankəndi şəhər Polis Şöbəsinə rəis təyin olunub. Təyinatla o həm də Xankəndi şəhərinin komendantı olub.
Qeyd edək ki, o, bu təyinatadək Göygöl Rayon Polis Şöbəsinin rəisi olub.
Z.Nəsirov əslən Xankəndi şəhərindəndir.