...

ADA Universitetində beynəlxalq arbitraj sahəsinə həsr olunmuş elmi-praktik konfrans-seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Fevral 2024 17:47 (UTC +04:00)
ADA Universitetində beynəlxalq arbitraj sahəsinə həsr olunmuş elmi-praktik konfrans-seminar keçirilib (FOTO)

Bakı. Trend:

ADA Universitetinin Hüquq fakültəsi və Nyu York Universitetinin Hüquq fakültəsinin “Transmilli məhkəmə çəkişmələri, arbitraj və kommersiya hüququ üzrə mərkəz”inin birgə təşkilatçılığı ilə “Qloballaşan dünyada beynəlxalq arbitraj: fundamental anlayışlara və perspektivlərə çağırışlar” adlı elmi-praktik konfrans-seminar keçirilib.

Konfrans-seminarda ADA Universitetinin professorları ilə yanaşı Nyu York Universteti, Paris-Şərq Universiteti, Svanse Universiteti professorları, həmçinin beynəlxalq və yerli hüquq şirkətlərində müvafiq sahə üzrə çalışan aparıcı hüquqşünaslar çıxış ediblər.

Konfrans-seminar öz işinə ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitunun direktoru Fariz İsmayılzadənin açılış nitqi ilə başlayıb.

Daha sonra ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov çıxışı zamanı qeyd edib ki, iştirakçılar beynəlxalq arbitraj barədə aparıcı ekspertlərdən dəyərli fikirlər əldə edəcək və bu sahə üzrə fundamental anlayışlar və perspektivlər barədə müzakirələrdə iştirak edəcəklər.

Nyu-York Universitetinin Hüquq fakültəsinin “Transmilli Məhkəmə Çəkişmələri, Arbitraj və Kommersiya Hüququ üzrə Mərkəz”inin direktoru Franko Ferrari isə vurğulayıb ki, iştirakçılar qüvvədə olan Nyu-York Konvensiyasının vahid rejimi barədə müzakirələrdə əməkdaşlarımız öz töhfələrini verəcəklər.

Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri,Kəmalə Abiyeva bildirib ki, Ali Məhkəmə ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq müvafiq mövzularla bağlı təhlil və məsləhətləşmə aparır, birgə işçi qrupları və seminarlar təşkil edir və bu gün keçirilən konfrans-seminar bu əməkdaşlığın bir nümunəsidir.

Qeyd edək ki, dörd sessiyadan ibarət olan tədbirdə “arbitrajda tərəflərin müstəqilliyi”, “effektivlik - vaxt və xərc məsələləri”, “qüvvədə olan Nyu-York Konvensiyasının vahid rejimi” və “arbitrajın gələcək perspektivləri” mövzularında elmi müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti