...

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq

Cəmiyyət Materials 18 Fevral 2024 14:13 (UTC +04:00)
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dağlıq ərazilərdə fevralın 21-dək şaxta olacağı, gecə və səhər saatlarında yolların buz bağlayacağı proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, dağlıq və dağətəyi rayonlarda qarlı hava şəraiti müşahidə olunur.

Hazırda qar örtüyünün hündürlüyü Şahdağ, Qrızda 10 sm, Qusarda 9 sm, Xınalıqda 6 sm, Qubada 3 sm, Xaltan, İsmayıllı, Şabran, Göygöl, Altıağacda 2 sm-dir. Müşahidə olunan yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda, əsasən də Quba-Qusar, İsmayıllı, Şamaxı-Ağsu aşırımı istiqamətlərində yolların buz bağlaması istisna olunmur.

Şaxtalı hava şəraiti fevralın 21-dək davam edəcək. Bununla əlaqədar olaraq sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti