Bakı. Trend:
Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında qanun ən uzunömürlü qanunlardan biridir. Yəqin ki, yaxın zamanlarda bu qanunla bağlı yeni qanun layihəsinin parlamentə daxil olması planlaşdırılır.
Trend-in xəbərinə görə, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
Onun sözlərinə görə, yeni qanunda bütün məsələlər cəmləşəcək.
Qeyd edək ki, hazırda qüvvədə olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir.