...

Azərbaycan COP29-da su ilə bağlı problemi iştirakçı dövlətlər qarşısında qaldıracaq - Umayra Tağıyeva

Cəmiyyət Materials 13 Mart 2024 11:14 (UTC +04:00)
Azərbaycan COP29-da su ilə bağlı problemi iştirakçı dövlətlər qarşısında qaldıracaq - Umayra Tağıyeva
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Su problemini şəhər əhalisi bir o qədər hiss etməsə də, fermerlər qıtlıqdan ciddi şəkildə əziyyət çəkir.

Trend xəbər verir ki, bunu Bakıda Beynəlxalq Su Təsərrüfat Sərgi və Konfransı - "Baku Water Week" sərgisinə həsr olunmuş konfransda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

Nazir müavini bildirib ki, qıtlığa səbəb olan amil əhalinin artımı və sudan düzgün istifadə etməməsidir.

“Dünya ölkələrinin müəyyən bir hissəsi Helsinki Beynəlxalq Su Konvensiyasına qoşulub. Su probleminin minimuma endirmək üçün qonşu dövlətlərlə beynəlxalq əməkdaşlığa ehtiyac var. Bu problem Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq tədbirində iştirakçı dövlətlər qarşısında qaldırılacaq.

COP29 zamanı məhz su təhlükəsizliyi, uyğunlaşma planları strategiyaları ilə bağlı danışıqların aparılması planlaşdırılır”,- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti