...

Mingəçevir su anbarından ildə 1,4 milyard kubmetr su buxarlanır - Əməkdar mühəndis

Cəmiyyət Materials 13 Mart 2024 14:14 (UTC +04:00)
Mingəçevir su anbarından ildə 1,4 milyard kubmetr su buxarlanır - Əməkdar mühəndis
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son 3 ilin məlumatlarına nəzər salsaq görərik ki, Mingəçevir su anbarının səthindən ildə 1,2-1,4 milyard kubmetr su buxarlanır.

Trend xəbər verir ki, bunu "HİDROLOQ" MMC-nin baş mütəxəssis, texnika elmləri doktoru, əməkdar mühəndis Əhməd Məmmədov Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") deyib.

O vurğulayıb ki, əvvəllər bu rəqəm 1 milyard kubmetr təşkil edirdi.

“Azərbaycanın daxili su ehtiyatımız orta illik hesabla 10 milyard kubmetrdir və bunun 1,4 milyard kubmetri buxarlanır. Bu böyük rəqəmdir. Su anbarlarının tikintisi bir çox məsələlərin həllinə kömək edir. Amma bəzi problemlər də yaradır. Araşdırmalarımız nəticəsində su anbarlarının səthindən böyük buxarlanmalar olduğunu təsbit etdik”,- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti