...

Su anbarlarını dağətəyi ərazilərdə tikmək lazımdır - Əhməd Məmmədov

Cəmiyyət Materials 13 Mart 2024 14:20 (UTC +04:00)
Su anbarlarını dağətəyi ərazilərdə tikmək lazımdır - Əhməd Məmmədov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Düzənlikdə tikilən su anbarlarında itkilər dağətəyi ərazilərə nisbətən daha çox olur.

Trend xəbər verir ki, bunu "HİDROLOQ" MMC-nin baş mütəxəssis, texnika elmləri doktoru, əməkdar mühəndis Əhməd Məmmədov Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") deyib.

Mühəndis qeyd edib ki, yağan qarların əksəriyyəti artıq fevral ayından əriyib.

"Bu, su anbarlarının tikintisini vacib edir. Lakin su anbarlarını düzənlik yox, dağətəyi yerdə tikmək lazımdır. Çünki dağətəyi yerdə tikilən su anbarı ilə düzənlikdəki su anbarı arasında su itkilərində 15-20 % fərq var", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti