Bakı. Trend:
Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru işində yol verdiyi nöqsana görə vəzifəsindən azad olunub.
Trend xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru Elminə Məmmədova vəzifə səlahiyyətlərini kobud şəkildə pozduğu və eyni zamanda, fəaliyyətində ciddi nöqsanlara yol verdiyi üçün vəzifədən kənarlaşdırılıb.
