...

Naxçıvanda pirotexnikanın satışını təşkil edən şəxslər məsuliyyətə cəlb edildi

Cəmiyyət Materials 20 Mart 2024 18:00 (UTC +04:00)
Naxçıvanda pirotexnikanın satışını təşkil edən şəxslər məsuliyyətə cəlb edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində pirotexniki vasitələrin satışı ilə məşğul olan İbrahimli Məmmədəli, Ağazadə Sedat, Allahverdi Tural, Hüseynli Elnur, Məmmədov Cəmşid, Musayev Xaliq, Məmmədov Həsənalı saxlanılıb və onlardan 35 000 ədəd müxtəlif növ pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün səlahiyyətli orqana - məhkəmələrə göndərilib.

Həmin şəxslərin pirotexniki vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti